Mühasibatlıq xidmətləri

06.05.2026C&S Group 4

 

Mühasibat uçotu hər bir şirkətin maliyyə idarəçiliyinin əsasını təşkil edir. Düzgün qurulmuş mühasibat sistemi həm hesabatlılığı təmin edir, həm də biznesin inkişafı üçün düzgün qərarların qəbul edilməsinə şərait yaradır. Sahibkarların, tez-tez dəyişən qanunvericilik və mürəkkəb prosedurlar səbəbindən bu sahədə peşəkar dəstəyə ehtiyacı yaranır.

Biz, şirkətlərin maliyyə və mühasibat uçotunun standartlara uyğun aparılmasını təmin edirik. Peşəkar komandamız bütün hesabatların qanunauyğun, şəffaf və vaxtında təqdim olunmasına zəmanət verir.

Mühasibatlıq xidmətlərinə daxildir:
mühasibat uçotunun qurulması və aparılması;
aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
əməkhaqqı uçotu və əməkdaşların rəsmi qeydiyyatı;
e-qaimələrin tərtibi və idarə olunması;
vergi, statistika və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi;
maliyyə nəticələrinin təhlili və rəhbərliyə təqdim olunması;
nağd və nağdsız əməliyyatların uçotu;
bank, kassa, debitor və kreditor hesablarının idarə olunması;
• səhv aparılmış uçotların düzəldilməsi və uyğunlaşdırılması
;
mühasibatlıq üzrə daimi məsləhət xidməti.

Bizim yanaşmamız yalnız hesabat təqdim etməklə məhdudlaşmır. Biz müştərilərimizin biznesinə dəyər qatmaq, onların gələcək maliyyə planlamasını düzgün qurmaq və riskləri minimuma endirmək üçün çalışırıq.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın